XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 İyun 2018 - 12:34

Bu il Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb- Seysmoloji Xidmət Mərkəzi

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb.

Bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.

Onun sözlərinə görə, həmin təkanların 32-i hissedilən olub. Bu təkanlar daha çox Xəzər dənizində, daha sonra isə ölkənin şimal-qərb rayonlarında, o cümlədən Lerikdə, Ağdamda qeydə alınıb.

Bu ilki təkanların ən güclüsü iyunun 5-də Zaqatalada qeydə alınıb. Həmin gün zəlzələnin maqnitudası 5,5 olub.

V.Hüseynova onu da qeyd edib ki, Lerikdə bu gecə baş verən zəlzələdən sonra 40-a yaxın zəif afterşok qeydə alınıb.