XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 11:21

“Buraxılış imtahanlarının cavabları yaxın günlərdə elan ediləcək” –DİM-dən açıqlama

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının cavablarını yaxın günlərdə açıqlayacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Strateq.az-a  verilən məlumata görə, iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının  hazırda protokol və cavab kartlarının emalı aparılır: “Nəticələr yaxın günlərdə elan ediləcək”.