XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2018 - 15:44

“Sabiq nazir Fazil Məmmədov Amerikada müalicə olunur” –Türkiyəli həkimi danışdı

“Fazil bəy hər ay müayinə üçün mənim yanıma gəlib, amma kəskin bir narahatlığı yox idi. Normal, sağlıqlı bir insandır. Müayinələrdə nə ürək problemi, nə də qaraciyər problemi müəyyən olunmuşdu”.

Strateq.az xəbər verir ki, bu sözləri Modern.az-a uzun müddət F.Məmmədovu müalicə edən Türkiyədəki Ankara hospitalının həkimi Süleyman Dinçer söyləyib.

O, Fazil Məmmədovun hazırda Amerikada olduğunu və orada müalicə aldığını bildirib.

Qeyd edək ki, F.Məmmədov qaraciyərində yaranmış narahatlıqla bağlı uzun müddət Gəncədə klinikalardan birində müalicə alırmış. Bu gün isə bəzi KİV-lərdə sabiq nazirin səhhətinin ağırlaşdığı və təcili Türkiyəyə aparıldığına dair məlumatlar yayılıb.