XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 İyun 2018 - 20:05

DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finalda –Seneqalın yolunu bir sarı kart kəsdi

Bu gün dünya çempionatında H qrupunda qrupunda Yaponiya ilə Polşa millisi və Seneqal isə Kolumbiya yığması üz -üzə gəlib.

Strateq.az bildirir ki, 4 xalı olan Yaponiya qrupda 3 xalı olan Polşa ilə bərabərə qalacağı təqdirdə çox rahat formada 1/8-ı çıxa bilərdi. Lakin Polşa 59-cu dəqiqədə Jan Bednarekin qolu ilə qələbə qazanıb.

Qrupun digər oyunda Kolumbiyaya mütləq qələbə lazım idisə, Seneqala bərabərlik yetirdi. Lakin 74-cü dəqiqədə kolumbiyalı Yerri Mina qol atmaqla komandasının 1/8-ı çıxmasını təmin edib.

Maraqlıdır ki, qrupda yaponlarla seneqalların həm xalı, həm də vurduqları qollar eyni olsa da, FİFA-nin qəbul etdiyi qaydalara uyğun olaraq komandaların qrupun digər oyunlarda aldıqları kartlar nəzərə alınıb. Belə ki, yaponlar bir sarı kart az aldığı üçün 1/8-ə çıxıblar. Seneqal isə Polşa kimi turniri tərk edib.

G qrupunda isə saat 22:00-da İngiltərə – Belçika və Panama – Tunis yığmaları qarşılaşacaq.