Bu gün DÇ-2018-in G qrupunda İngiltərə Belçika ilə, Tunis isə Panama ilə görüşüb.
Strateq.az xəbər verir ki, 6 xala sahib olan Belçika ilə İngiltərə qrup liderliyi uğrunda meydana çıxıblar.
Oyunda Belçika İngiltərəyə 1:0 qalib gələrək, 9 xalla qrupda liderliyə yüksəlib.
Qrupda heç bir əhəmiyyət daşımayan digər oyunda isə Tunis Panamaya qalib gəlib – 2:1.
Beləliklə, bu qrupdan 1/8-ə Belçika və İngiltərə çıxıb. 1/8-də Belçika Yaponiya ilə, İngiltərə isə Kolumbiya ilə qarşılaşacaq.