XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2018 - 15:23

Xəzərdə dəniz minaları tapılıb –DSX partlayıcıların zərərsizləşdirildiyini açıqladı

Minanın iyunun 28-də aşkarlandığı ərazidə partladılma yolu ilə zərərsizləşdirildiyi bildirilir

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində qayalıqlara baxış zamanı sahildən 13,9 km məsafədə, Xəzər-Zirə adası­nın şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) iyununn 29-da yaydığı məlumatda bildirilir. Məlumata görə, mühəndis-istehkam mütəxəssisləri mina aşkarlanan əraziyə ba­xış keçir­iblər: “Mərminin dəniz minası olması təsdiqlənib. Daşın­masının təh­lükəli olması səbəbilə yerində zərərsizləşdirilməsi qərarı verilib”.

Minanın iyunun 28-də aşkarlandığı ərazidə partladılma yolu ilə zərərsizləşdirildiyi bildirilir.