XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 İyun 2018 - 18:54

Sabahdan Sumqayıt istiqamətinə körpü və tunellə qoyulmuş məhdudiyyət götürüləcək –Avtomobil Yolları Dövlət Agentliyi açıqlama verdi

 

 Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi  istiqamətində asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinin 1-ci mərhələsi bitmək üzrədir. Artıq ərazidə son tamamlanma işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, aşınma qatının yenilənməsi işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından (Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından) mövcud avtomobil körpüsünədək (Delfin otelin qarşısınadək) olan hissəsini əhatə edib.

Bu çərçivədə iyun ayının 26-dan 27-nə keçən gecədən etibarən qısa müddətlik Moskva prospektinin “20 Yanvar” körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla hərəkət prospektin yan yoluna, yəni “20 Yanvar” dairəsi – “Şamaxı yolu” adlanan ərazi istiqamətinə yönəldilib.

Artıq ərazidə son tamamlanma işləri aparılır, yol xətlənir. Səhər tezdən körpü və tunellə hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılacaq. Bununla da “20 Yanvar” dairəsi və Şamaxı yolu deyilən ərazi istiqamətində yaranan sıxlıq aradan qaldırılacaq.

1-ci mərhələ çərçivəsində təmir işləri Beynəlxalq Avtovağzal kompleksi qarşısından başlayaraq mövcud avtomobil körpüsünədək 2 kilometrlik hissədə aparılıb. Sabahdan etibarən isə körpüdən üzü Xırdalan dairəsinə doğru işlərə start verilir. Bu istiqamətdə hərəkət məhdudlaşdırılmadan təmir işləri davam etdiriləcək. Yəni təmir işləri yalnız bir-neçə zolaq üzrə aparılacaq, digər zolaqlarla hərəkət davam etdiriləcək.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 5-6 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir (hazırda görülən işlər).

Sözügedən yol örtüyünün üst qatında intensiv hərəkət və təbii faktorların təsiri ilə artıq aşınmalar yaranmış, üstəlik yol ayrıcında yerləşən dəmir tirlərin sökülməsi ilə əlavə 1 hərəkət zolağı enində yol genişləndirilmişdi. Genişləndirilmiş ərazilərə vurulan asfalt-beton örtükdə də aşınmalar və deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən, təmir işləri aparılmasaydı, 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər olacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumların razılığı ilə yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun sayılıb.

Sürücülərdən təmir işləri aparılan ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.