XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 June 2018 - 11:06

İsrail hərbçiləri fələstinli nümayişçilərə atəş açdı –İki nəfər öldü, 415 yaralı var

Qəzza zolağında İsraillə sərhəddə növbəti toqquşma baş verib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda iki fələstinli həlak olub, 415 nəfər yaralanıb. Qurbanlardan biri 13 yaşlı yeniyetmədir. O, aldığı güllə yarasından keçinib. İsrail hərbçilərinin etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz və döyüş güllələrindən istifadə etdiyi bildirilir. İsrail hərbçilərinin hesablamalarına görə, bugünkü aksiyalarda 2 minədək fələstinli iştirak edib.

Qeyd edək ki, fələstinlilərin “Böyük qayıdış marşı” adlı etiraz aksiyası artıq üçüncü aydır ki, davam edir. Etirazçılar fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarını tələb edirlər. Martın 30-dan, etirazlar başlayandan İsrail hərbçiləri ilə toqquşmalarda 134 fələstinli ölüb, 15 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb. (virtualaz.org)