XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

30 İyun 2018 - 14:05

“Uypeşt”-“Neftçi” qarşılaşması:matçın başlama saatı və stadionu müəyyənləşib

“Neftçi”nin Macarıstanda “Uypeşt” komandası ilə keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün başlama saatı və stadionu müəyyənləşib.

“Report”un məlumatına görə, oyun iyulun 12-də Budapeştdəki “Ferents Puşkaş” stadionunda təşkil olunacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Bakıdakı “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.