XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2015 - 13:22

Milli Məclisinin deputatı yeni vəzifəyə seçildi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova bugün qurumda baş tutan səsvermə nəticəsində AŞPA-nın Qadınlara qarşı Zorakılıqla Mübarizə üzrə Baş Məruzəçi və “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifələrinə seçilib.

Strateq.az SİA-ya istinadən xəbər verir ki, keçirilən səsvermə nəticəsində danimarkalı namizəddən daha çox dəstək alaraq bu vəzifəyə seçilən millət vəkili bundan sonra qadına qarşı zorakılıq üzrə mübarizədə qurumun bütün işinin və proqramlarının formalaşdırılmasında əsas rolu oynayacaq.
Sahibə Qafarovanın bu vəzifədə əsas rolu qadına qarşı zorakılığın önlənməsi sahəsində ümumi ictimaiyyətin, hökumət və qeyri-hökumət qurumlarının həssaslığının daha da artırılması olacaq. Millət vəkilimiz eyni zamanda “Zorakılıqdan azad Qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsini də icra edəcək.
Hazırda bu şəbəkə özündə 51 üzv və müşahidəçi dövləti birləşdirir.