XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

30 İyun 2018 - 16:28

İşğal altında olan yüz hektarlarla ərazi yandırılıb –Peykdən fotoşəkillər əldə olunub

“Azərkosmos” Açıq Səhimdar Cəmiyyəti (ASC), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azersky peyki vasitəsilə Azərbaycanın işğal edilmiş ərazisində baş verən yanğınlarla bağlı monitorinq aparıb.

Bu barədə “Azərkosmos” ASC-nin bu gün, iyunun 30-da yaydığı məlumatda bildirilir. Məlumatda vurğulanır ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib. “ İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir”, məlumatda bildirilir.

Azersky Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb. 2014-cu ilin dekabr ayında, Azərbaycanın milli peyk operatoru “Azərikosmos”ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən birinciyə təhvil verilib.