XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyun 2018 - 23:38

İranda 65 nəfər zəhərlənib –İçməli sudan

İranda 65 nəfər içməli sudan zəhərlənib.

Bu barədə Xuzistan Təcili Tibbi Yardım mərkəzinin rəhbəri Şəhriyar Mirxəşti “İrna” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, zəhərlənənlərdən 14-ü xəstəxanada nəzarət altında saxlanılır. Ş.Mirxəşti içməli suyun çirkli olmasının kütləvi zəhərlənməyə səbəb olduğunu ehtimal edərək məsələnin araşdırıldığını bildirib.

Qeyd edək ki, İranda yağış və su ehtiyatlarının azalması səbəbindən bir müddətdir su böhranı yaşanır/Axar.az.