XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 13:47

Türk ordusu PKK mövqelərini bombaladı –Şırnakda 8 terrorçu öldürülüb

Türkiyə HHQ İraqın şimalında və ölkənin iki cənub-şərq əyalətində 8 PKK terror qruplaşmasının üzvünü zərərsizləşdirib. Strateq.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qvvələrinin Baş Qərargahı bildirib.

Məlumatda deyilir: “30 iyun – 1 iyul tarixlərində İraqın şimalında Zap rayonunda, Türkiyənin Van əyalətinin Çatak və Şırnak əyalətinin Beytüşşebal rayonunda hava əməliyyatları zamanı 8 PKK terrorçusu zərərsizləşdirilib”.

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.