XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 January 2016 - 21:37

Dövlət Neft Fondu valyuta satışını bərpa etdi: 32 banka 200 milyon dollar satıldı

30868Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

Bu barədə ARDNF-in yaydığı açıqlamada bildirilir.

Məlumata görə, bu gün yeni mexanizmlə – Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Apa.az