XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2018 - 19:05

Bakıda havanın temperaturu iqlim norma göstəricilərinə nə vaxt yaxınlaşacaq?- Nazirlikdən açıqlama

İyulun 2-də Bakıda və Abşeron yarımadasında gözlənilən şimal küləyi temperaturun bir qədər aşağı enməsinə səbəb olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, bununla belə, iyulun 3-4-də yenidən kəskin istilər müşahidə ediləcək.

İyulun 5-dən 8-dək arabir güclənən şimal küləyi müsbət amil olacaq və havanın temperaturu iqlim norma göstəricilərinə yaxınlaşacaq.