XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2018 - 19:38

Gürcüstanda daşınmaz əmlak alan xarici ölkə vətəndaşları sırasında azərbaycanlıların sayı artıb- Rəqəmlər

Son illər Gürcüstanda daşınmaz əmlak alanlar sırasında xarici ölkə vətəndaşlarının sayı xeyli artıb.

AZƏRTAC xəbər verir ki, 2012-2016-cı illərdə Gürcüstanda xarici ölkə vətəndaşlarının daşınmaz əmlak almaları ilə bağlı 34 mindən çox əməliyyat həyata keçirilib.

Gürcüstan mətbuatının yazdığına görə, Gürcüstanda daşınmaz əmlak alanların 53 faizini Rusiya vətəndaşları təşkil edirlər.

Bu siyahıda rusiyalılardan sonra ikinci sırada hər biri 5 faizlə Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları dayanırlar. Gürcüstanda daşınmaz əmlak alanların 4 faizini İsrail, 3 faizini ABŞ və Yunanıstan, 2 faizini isə Almaniya vətəndaşları təşkil edirlər.