XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 14:14

Azərbaycan Ordusunda yenilik: papaqsız salama icazə verildi

Azərbaycan Silahlı Qüvvələrində papaqsız (başıaçıq) hərbi salamlaşmağa icazə verilib. Strateq.az-ın məlumatına görə, bu barədə “AzeriDefence.com” saytına hərbi mənbələrdən xəbər verilib.

Məlumata görə, sıra duruşunda və papaq tutuşu və yerişdə salam verərkən sıra addımı ilə yerimək ləğv olunub. “Azad” vəziyyəti buna qədər mərasimlərdə tətbiq olunan “azad” vəziyyəti ilə əvəz olunub. Yəni həm “azad”, həm də “mərasim azad” vəziyyətində əllər arxada olur.

Məsələ ilə bağlı “AzeriDefence”nin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Sıra Nizamnaməsinə əsasən əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilir.

“Nizamnamədə sıradan kənarda yerində vəziyyətində və hərəkətdə başıaçıq olarkən əsgəri salamlaşma ümumi qaydada, yəni sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmaqla verilir”, – deyə məsələyə nazirlikdən aydınlıq gətirilib.

Qeyd edək ki, NATO ölkələrinin orduları da daxil olmaqla, dünyanın əksər ölkələrində papaqsız hərbi salamlaşma mövcuddur.

Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində hərbi salamlaşma üçün papaq və kəmərin olması şərt idi. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunduqdan az sonra kəmər ləğv olunub (yalnız xidmət zamanı taxılır).