XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 10:51

Bu gün 58 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilir- DİM

Bu gün 58 minə yaxın şagird üçün buraxılış imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

Ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edəcək. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişinə nəzarət olunur.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdır.