XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyul 2018 - 11:25

Bakıdan həyata keçirilən aviareyslərdə gecikmələr olub

Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı problemin yaranması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən aviareyslərdə gecikməyə səbəb olub.

“Report” “flightradar24″ə istinadən xəbər verir ki, gecikmələr “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, “Buta Airways”ə məxsus Bakı-İstanbul, “Türk Hava Yolları”na məxsus Bakı-İstanbul, “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus Bakı-Kiyev, “UTair”ə məxus Bakı-Moksva, “Gulf Air”ə məxsus Bakı-Manama aviareyslərində qeydə alınıb.

Bununla belə, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Report”a bildirib ki, uçuşlarda ləngimə olmayıb.