XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyul 2018 - 13:34

Azərbaycana gələn əcnəbilərin sayı 10 faiz artıb- Bu il

2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

2018-ci ilin yanvar-may aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib. Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 milyon manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16 faiz artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 21 faiz artaraq 513,7 milyon manat təşkil edib.