XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 14:10

Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq- Dövlət Agentliyi

Respublika ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax avtomobil yolunun 57 kilometrliyində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, buna görə yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.