İlkin məlumata əsasən, İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur.
Azertag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev kütləvi informasiya vasitələrinə açıqlamasında məlumat verib.
Mətbuat katibi deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.
Səfirlik İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmalarını tövsiyə edib.
Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyində 30-a yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır.