XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 15:44

Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi –Azərsu açıqlama yaydı

Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında yaranmış fasilələrin aradan qaldırılması üçün tədbirlər davam etdirilir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı özəl olaraq Trend-ə bildirib ki, artıq Oğuz-Qəbələ-Bakı kəmərinin fəaliyyəti bərpa olunub: “Hazırda Oğuz-Qəbələ-Bakı magistral kəməri ilə suyun paytaxta çatdırılmasına başlanılıb. Axşam saatlarına qədər anbarlara su vurularaq əhaliyə veriləcək. Hazırda bununla bağlı tədbirlər davam etdirilir. Sabahdan Bakının içməli su təminatında problem olmayacaq”.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdı.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentini məlumatlandırmaq, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.