XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 17:02

Mingəçevir SES gücləndirilmiş iş rejiminə keçib –Problem bu gün aradan qalxacaqmı?

Mingəçevir Su Elektrik Stansiyası (SES) gücləndirilmiş iş rejiminə keçib.

Buna ötən gecə “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəb olub.

Əldə edilən məlumata əsasən, yayda adi rejimdə Su Elektrik Stansiyasının 6 hidroaqreqatından 2 və ya 3-ü enerji istehsalına təhkim edilirsə, gücləndirilmiş rejimdə 5 və ya 6 hidroaqreqatın hər biri bütün gücü ilə istehsala cəlb olunur. Bu isə 6 hidroaqreqatın hər birinin saatda 70 MVt elektrik enerjisi istehsal etməsi deməkdir.

Qeyd edək ki, Mingəçevir SES-də aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra aqreqatların istehsal gücü 60 MVt/saatdan 70 MVt/saata çatdırılıb.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb/Report