Elektrik enerjisi verilişində yenidən yaranmış fasilə səbəbindən suyun təchizatında problem yaranıb.
Bunu Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllı əlavə edib ki, elektrik enerjisi təchizatı təmin edilən kimi suyun verilişinin bərpa edilməsi mümkün olacaq: “Hazırda “Azərsu” ASC-nin bütün əməkdaşları iş başındadır, elektrik enerjisinin verilişini gözləyirik. Elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb”.