Bakı metrosunda sərnişinlərin təxliyəsi başa çatıb.
Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.
Onun sözlərinə görə, hazırda tunellərin yoxlanması işləri həyata keçirilir. Bundan sonra qatarların hərəkət edib-etməməsi ilə bağlı göstəriş veriləcək.