XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2018 - 21:57

Sumqayıtda nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb- Dövlət Xidməti

Sumqayıt şəhərində nəqliyyatın təşkilində yaranmış problem aradan qaldırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsindən bildirilib.

Sumqayıt Avtovağzalında Bakı marşrutu üzrə yaranmış problemin aradan qaldırılması məqsədi ilə sözügedən qrum tərəfindən əlavə olaraq 20 marşurut xəttə buraxılıb.

Elektrik xəttinin olmaması Sumqayıtdan Bakıya işləyən sürət qatarının dayanmasına səbəb olub. Avtovağzalda yaranmış sıxlıq və narazılıq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən tam aradan qaldırılıb və vəziyyət tam nəzarətdə saxlanılır.