XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 22:46

BNA:“Avtobuslar gecə saatlarınadək fəaliyyət göstərəcək”

  

Bakıda Avtobuslar gecə saatlarınadək fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Metronun “20 Yanvar” stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin olunub. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı narahatlıq müşahidə olunmur.

Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” stansiyaları və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir. Metronun “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyalarının ətrafında da sərnişin axını tam şəkildə idarə olunur. “Ulduz”, “Nəriman Nərimanov” və “Gənclik” metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur. Metronun “28 May” stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan olunur ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək. Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa olunub.