XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2018 - 01:37

DÇ-2018-in 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib

Bu gün keçirilən İngiltərə-Kolumbiya matçından sonra futbol üzrə Dünya çempionatı-2018-in ¼ final mərhələsinin bütün cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, Moskvanın “Spartak” arenasında keçirilən 1/8 final görüşünün əsas hissəsi 1:1 hesabı ilə başa çatıb.

Oyuna əlavə olunmuş dəqiqələrdə qapılara qol vurulmadığından, qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyən etmək lazım gəlib. Penaltilər seriyasında isə ingilislər 4:3 hesabı ilə qalib gələrək ¼ finala çıxıblar. Bu mərhələdə onların rəqibi İsveç millisi olacaq.

DÇ-2018 – final mərhələsi. 1/8 final

Kolumbiya – İngiltərə – 1:1, penaltilər seriyası – 3:4

Qollar: 0:1 – Keyn – 57 (pen), 1:1 – Mina – 90+3