XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2018 - 14:37

Paşinyan:“Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk”

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, bölgədə sülh və sabitliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın roluna çox yüksək qiymət veririk”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər ölkənin baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda əksini tapıb.

Baş nazir ABŞ-ın Ermənistana demokratiya, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik sisteminin gücləndirliməsi və başqa sahələrdə göstərdiyi yardıma görə təşəkkür edib.