XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2018 - 17:23

Azərbaycan HHQ nümayəndələri Türkiyədədir –Hərbi təlimlər keçirilir

Türkiyədə “Anadolu Ankası – 2018” beynəlxalq təlimi keçirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyulun 4-də yaydığı məlumatda qeyd edilir.
Məlumata görə, iyulun 2-də başlayan beynəlxalq təlim Konya şəhərində keçiirlir.

Nazirliyin məlumatına görə, iyulun 6-dək davam edəcək təlimdə Türkiyədən başqa, Səudiyyə Ərabistanı və Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir. Təlimə əlavə olaraq, yalnız Türkiyənin tanıdğı Şimali Kipr Türk Cümhuriyyətindən də nümayəndələrin qatıldığı açıqlanıb.