Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün bir neçə nəfəri təltif edib.
Strateq.az xəbər verir ki, Ali Məclis sədrinin sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin bərpasında səmərəli fəaliyyətlərinə görə Əliyev Qoçalı Əli oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə, Babayev Şəban Nəriman oğlu ilə Əliyev Bayram İbrahim oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.