XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2018 - 10:18

Yardımlıda çətin keçilən dağlıq ərazidəki meşəlikdə yanğın başlayıb –FHN hərəkətə keçib

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb. 

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir.