XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 14:20

“Neftçi”nin sabiq prezidenti təyinat aldı –Avropa Liqasının oyununa

“Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə Avropa Liqasının oyununa təyinat alıb.

Məlumata görə, O.Hüseynzadə iyulun 12-də Gürcüstan “Çixura”sı ilə İsrailin “Beytar” (Yerusəlim) komandası arasında keçiriləcək I təsnifat mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq. Tbilisidəki Mixeil Mesxi stadionunda keçiriləcək görüşü Kay Erik Steenin başçılığı altında norveçli hakimlər briqadası idarə edəcək.

Daha bir azərbaycanlı UEFA nümayəndəsi Könül Mehdiyeva isə Latviyanın Liepaya şəhərində iş başında olacaq. O, “Dauqava” stadionunda “Liepaya” və İsveçin “Hakken” klubları arasında keçiriləcək I təsnifat mərhələsinin ilk görüşünə təyinat alıb. Görüşü italiyalı Marko Quida idarə edəcək.

Azərbaycanlı beynəlxalq dərəcəli hakimlərə və hakim-inspektorlara isə heç bir təyinat verilməyib.

Qeyd edək ki, Orxan Hüseynzadə “Neftçi”nin prezidenti vəzifəsindən fevralın 16-da istefa verib. Hazırda bu vəzifədə Kamran Quliyev çalışır/Report.