XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

05 İyul 2018 - 23:35

Vergi müfəttişi iş başında dünyasını dəyişib –Sumqayıtda

Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.

Hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.

Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır/Report.