XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2015 - 05:47

Amerikada insan haqqı şimpanzeyə də şamil edildi

Məhkəmənin qərarı tarixdə meymunlara şəxsi azadlıq verən bir ilkdir

Amerika məhkəməsi tibbi-boloji sınaqlarda iştirak edən şimpanzelərə tam şəxsi azadlıq hüququnu təsdiq edib.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, sözügedən qərar şimpanzeni onun iradəsinə zidd olaraq qapalı yerdə saxlamağı qanunsuzluq hesab edir.

Leo və Herkules adlı şimpanzelər artıq çoxdan Stouni-Bruk universitetinin araşdırmalarında iştirak edir. Bu meymunlar heyvanlaraın olduqca yüksək intellektə malik olduğunu hesab edən və başlarına gələnlərin hamısını anladıqlarına tam əmin olan heyvan müdafiəçilərinin böyük rəğbətini qazanıb. Buna görə də müdafiəçilər meymunlara bəzi insan haqlarının verilməsi uğrunda çıxış ediblər. Müdafiəçi Stiven Rayz deyir ki, məhkəmənin belə qərarı tarixdə meymunlara şəxsi azadlıq verən bir ilkdir.

İndi Stouni-Bruk universiteti şimpanzelər üzərində sınaqları davam etdirmək üçün onları qapalı mühitdə saxlamağın qanuni əsaslarını təqdim etməlidir.