XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2018 - 10:12

DÇ-nın yarımfinalında Braziliya, Almaniya və ya Argentina oynamayacaq- Tarixdə ilk dəfə

Ötən gün Braziliya yığması futbol üzrə Dünya Çempionatının 1/4 final mərhələsində Belçikaya 1:2 məğlub olaraq mundialdan kənarda qalıb.

Trend-in məlumatına görə, tarixdə ilk dəfə Dünya Çempionatının yarımfinal mərhələsində nə Braziliya, nə Almaniya, nə də Argentina çıxış etməyəcək.

Qeyd edək ki, Almaniya yığması qrupda qalaraq, Argentina yığması isə 1/8 finalda Fransaya məğlub olaraq mübarizədən kənarda qalıblar.