XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 İyul 2018 - 14:32

Dmitri Medvedev Türkiyəyə gedəcək –Ərdoğanın andiçmə mərasimi üçün

Rusiyanın Baş naziri Dmitri Medvedev Ankarada Türkiyə prezidentinin andiçmə mərasimində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. 

Bu barədə “Report” Rusiya hökumətinin saytına istinadən xəbər verir.

“Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə hökumətin sədri Dmitri Medvedev iyulun 9-da Türkiyəyə səfər edəcək”, – məlumatda deyilir.

Andiçmə mərasimi iyulun 9-də keçiriləcək.

Xatırladaq ki, R.T.Ərdoğan bu il iyunun 24-də keçirilən prezident seçkilərində 53% səs toplayıb.