XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 16:27

Ərdoğan Bakıda nələri müzakirə edəcək? –Prezidentin mıətbuat xidməti açıqladı

Andiçmə mərasimindən sonra ilk xarici səfərini iyulun 10-da Azərbaycan və Şimali Kiprə edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər proqramı məlum olub.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli və nümayəndə heyətləri arasında görüşlərin planlaşdırıldığı vurğulanıb.

Xəbərə görə, prezidentlər arasında ikilitərəfli əlaqələrin və işbirliyinin daha da inkişafı üçün atılacaq addımlar, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprə səfəri çərçivəsində prezident Mustafa Akınçı və baş nazir Tufan Ərhürmanla Kipr mövzusunda fikir mübadiləsinin aparılması gözlənilir/Teleqraf.com.