XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2018 - 20:47

Yaponiyada güclü leysan faciələrə yol açıb –Ölənlərin sayı 49 nəfərə çatıb, itkin düşənlər var

Yaponiyada leysan yağışları nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

Bu barədə “Report” “New Straits Times” qəzetinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, təbii hadisə nəticəsində daha 48 nəfər itkin düşüb. Bununla yanaşı, 5 nəfər huşunu itirib.

Hazırda xilasetmə əməliyyatlarında ölkənin özünümüdafiə qüvvələrinin, polisin və yanğınsöndürmə xidmətinin 48 min əməkdaşı iştirak edir. Ölkənin cənub-qərbində yaranmış vəziyyət olduqca ciddi qiymətləndirilir.