XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

07 İyul 2018 - 21:26

 Şəmkirdə meşə massivində yanğın –FHN-nin qüvvələri alovun böyüməsinin qarşısını alıblar

 Şəmkirdə meşə massivinə yaxın ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

“Yasamal aşırımı” adlanan ərazidə yerləşən Yastı meşə massivinin yaxınlığında baş vermiş yanğın məhdudlaşdırılaraq alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Lakin hazırda ərazidə küləkli hava şəraiti problem yaratdığından quru ot sahəsində və kol-kos olan bölgədə yanğının tam qarşısı alınmayıb.

FHN-nin Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, əraziyə Şəmkirdən 3, Gədəbəydən, Tovuzdan və Gəncədən 1 yanğınsöndürən maşın cəlb olunub. Əraziyə kömək üçün Qazax və Ağstafa rayonlarından da 1 yanğınsöndürən maşın çağrılıb. Ümümilikdə yanğının tam söndürülməsi üçün 8 yanğınsöndürən avtomobil və biriqada çəlb olunub.

İlkin məlumatlara görə, yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb/Report.