XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2018 - 22:18

Türkiyə prezidentlik üsul-idarəsinə rəsmən keçdi –Fərman

Türkiyədə prezidentlik sistemi ilə bağlı fərman verilib.

Fərmana əsasən, 218-ci maddədəki “Baş nazirlik” sözü “Prezidentlik” olaraq dəyişdirilib.

Bundan əlavə, “Nazir” və “Nazirlər Kabineti” sözləri “Prezident” və “Prezident köməkçiləri” sözləri ilə əvəzlənib.

Qeyd edək ki, 2019-cu ildə ölkə tam olaraq prezident idarə üsuluna keçəcək və baş nazir postu bunun üçün ləğv olunacaq. Bundan başqa, Türkiyə BMM-nin deputatlarının sayı 550-dən 600-ə qədər artacaq və yeni komissiyalar yaradılacaq/Axar.az.