XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 00:05

Azərbaycanı təbliğ edən amerikalı ailə faciəli şəkildə öldü –4 yaşlı oğlunun meyiti tapılmayıb + FOTO

Gürcüstanın Duşeti bölgəsində ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin meyitləri tapılıb.

Məlumata görə, Duşetiyə ailəvi istirahətə yollanmış cütlük qəfil sürüşmə və daşqın səbəbindən həyatlarını itiriblər.

R. Smit və ailəsinin itkin düşməsi barədə məlumat iyulun 6-da “112” xidmətinə daxil olub.

Xilasetmə işləri zamanı R. Smitin həyat yoldaşının meyiti ötən gün, onun özünün meyiti isə bu gün Xevi kəndində şəlalə yaxınlığında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Cütlüyün 4 yaşlı oğlunun meyitinin axtarışları sabah səhər davam etdiriləcək.

Qeyd edək ki, R. Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub. İkili vətəndaşlığı olan R. Smit son illər Marneulidə yaşayıb. O, Azərbaycanın Qusar bölgəsində və Bakıda da fəaliyyət göstərib/APA.