XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 15:47

Sabah hava necə olacaq? –Hidrometeoroloqların proqnozları açıqlandı

Azərbaycanda iyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 30-35° təşkil edəcək. Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada şimal küləyi əsəcək, dəniz suyunun temperaturu 26-27° isti olacağı ehtimal edilir.

Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil, Şıxda şimal küləyi əsəcək, dəniz suyunun temperaturunun 27-28° isti təşkil edəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikasında günəşli hava gözlənilir, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti təşkil edəcəyi ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında yağmursuz hava olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında günəşli havanın olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcək.

(AZƏRTAC)