XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 16:05

Diplomatlar cəbhə xəttinə gedib –Tərtərdə əsgərlərlər görüş olub

Diplomatik xidmət orqanlarının əməkdaşları 9 İyul peşə bayramlarını səngərdə xidmət edən əsgərlərlə keçirmək üçün Tərtər rayonuna yola düşüblər.

Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları qoşunların təmas xəttinə yaxın yerləşən Şıxarx kəndində olub və kənddə məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbə ilə tanış olublar.

Ardınca diplomatlar N saylı hərbi hissəyə gediblər, burada təmas xəttini müşahidə ediblər.

XİN-in diplomatik heyəti təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən olan və davamlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan Qapanlı kəndinə səfər ediblər. Onlar burada Aprel hadisələri zamanı dağılan və yenidən bərpa edilən evlərdə olublar, cəbhə bölgəsində yaşayan sakinlərlə görüşüblər.

(Report.az)