XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2018 - 17:02

Putin Rusiya futbolçularını qəhrəman adlandırıb

Rusiya Prezidenti Vladimir Putin millinin xorvatlara məğlub olmasına baxmayaraq, rus futbolçuların qəhrəman olaraq qaldıqlarını bildirib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Putin oyunu izlədi, azarkeşlik etdi. Bizimkilər gözəl və ədalətli oyunda məğlub oldular. Onlar bizim üçün qəhrəmandırlar. Onlar meydanda can qoydular. Onlarla fəxr edirik”, – Peskov bildirib.

Xatırladaq ki, dünya çempionatının 1/4 final mərhələsinin son oyununda Rusiya millisi Xorvatiya futbolçularına penalti zərbələrində məğlub olaraq mundialla vidalaşıb.