İyulun 8-də bəzi kütləvi informasiya vasitələrində Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə məlumat yayılıb.
Strateq.az FHN-ə istinadən bildirir ki, nazirlik qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş vermədiyini bəyan edib: “Orada yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb”.
Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrini bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırıb.