XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2018 - 17:22

Erməni milyonçu özünü öldürdü –Başına silahdan atəş açıb

Ermənistanın paytaxtı Yerevanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib.

Strateq.az “Report”a istinadən xəbər  verir ki, bu barədə yerli polis məlumat yayıb.

Nikolay Qabrielyan Qazi Kolya təxəllüsü ilə də tanınırmış. O, “Transqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub.

Onun özünü güllə ilə başından vurduğu iddia edilir.

Bildirilir ki, Nikolay Qabrielyan Ermənistanda “kölgə milyonçuları”ndan biri olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qayınatası imiş. Vardanyan isə 2017-ci ilin yayında ölüb.