Gürcüstanın Duşeti bölgəsində meyitləri tapılan ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin öldürüldüyü məlum olub.
Onları qətlə yetirən 19 yaşlı çoban olub. O saxlanılıb. İlkin ehtimallara görə, qatil əvvəlcə uşağın atasını öldürüb, sonra anasını şəlalədən aşağı atıb, sonda isə uşağı qətlə yetirib.
Başqa bir ehtimala görə, çobanla amerikalının arasında münaqişə baş verib, turist ödürülüb, bundan sonra uşaq va anası şəlalədən suya yıxılaraq ölüblər.
Qeyd edək ki, R.Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub.
Rayn və Laura Smit, eləcə də cütlüyün 4 yaşlı oğlan övladı iyulun 6-da torpaq sürüşməsindən sonra yoxa çıxıb. Axtarışlar zamanı iyulun 7-də onların cəsədləri aşkarlanıb. (oxu.az)