XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2018 - 11:05

“The Scotsman”da Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub –Açıqlama

 

Şotlandiyada gündəlik dərc olunan “The Scotsman” (“Şotlandiyalı”) qəzeti Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını çap edib.  

Bu barədə Strateq.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilən qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adları var.

Xatırladaq ki, “The Scotsman” qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb.

Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.